Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının İdarə Heyətinin sədri Ədalət Turan və Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, professor Əmirulla Məmmədovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimizi, ən xoş arzularımızı çatdırırıq. Sizin rəhbərliyinizlə son 20 ildə Azərbaycanda gedən inkişaf prosesləri, ordu quruculuğu, 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması, Vətənin bütün ərazilərində üçrəngli Bayrağımızın dalğalanması hər bir azərbaycanlıya qürur hissi yaşadıb. Qədirbilən Azərbaycan xalqı Sizə, rəşadətli Ordumuza minnətdardır və bunu heç zaman unutmayacaq.
Siz bu il anadan olmasının 100-cü ildönümünü qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdiniz. Bundan böyük xoşbəxtlik ola bilməz. Biz Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı elm adamları olaraq Sizinlə nə qədər qurur duysaq, azdır. Sizin adınız Azərbaycanımızın tarixinə qızıl hərflərlə həkk olunub.

Bu günlərdə Siz 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə Sərəncam imzaladınız. Hesab edirik ki, tarixi Zəfərdən və Azərbaycanın ərazi bütövlüyünün tam bərpasından sonra yeni prezident seçkilərinin keçirilməsi zərurət idi. Təbii ki, Siz peşəkar siyasətçi olaraq zamanın bu çağırışını doğru qiymətləndirdiniz və cəsarətli addım atdınız. Dünyanın hər yerində yaşayan Azərbaycan vətəndaşları kimi, Türkiyədə yaşayan azərbaycanlı elm adamları da hər zaman olduğu kimi, bu seçkilərdə də iştirak edərək Sizə – Müzəffər Ali Baş Komandanımıza səs verəcəklər. İnanırıq ki, bu seçkilərdə də zəfər Sizin olacaq. Azərbaycanın Sizin kimi müdrik liderə ehtiyacı var.

Cənab Prezident, biz elm adamları hər zaman Vətənimiz Azərbaycanın adını uca tutmaq üçün səy göstərəcəyimizə söz veririk.

Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

Ədalət Turan

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının
İdarə Heyətinin sədri,

Əmirulla Məmmədov

Azərbaycanın Əməkdar elm xadimi,
Dövlət mükafatı laureatı, professor

504 504 TADEF