Qars şəhərində “Qərbi Azərbaycana qayıdış” Forumu keçirilib

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Qars Bələdiyyəsinin və Qars Azərbaycan Qafqaz Mədəniyyətləri Dərnəyinin birgə təşkilatçılığı ilə Qars Mədəniyyət İdarəsinin Salonunda təşkil olunmuş “Batı Azerbaycan’a Dönüş, Kars Forumu” tədbirində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib. TADEF-in üzvü, Qars Azərbaycan Qafqaz Mədəniyyətləri Dərnəyinin sədri Nebi Arığ iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycanın Qars şəhərindəki Baş Konsulu Nuru Quliyev, Qars Bələdiyyəsinin sədri, professor Ötiken Senger və TADEF sədrinin müşaviri Pərviz Məmmədzadə çıxış edərək, post-münaqişə dövründən sonra Prezident İlham Əliyevin gündəmə gətirdiyi qərbi azərbaycanlıların hüquqlarının bərpa olunması və onların tarixi torpaqlarına dönməsi prosesinin məsələnin həllinə öz töhfəsini verəcəyinə əminlik ifadə ediblər. Səfər çərçivəsində Valeh Hacıyev Qarsın valisi Ziya Polatla və Bələdiyyə sədri Ötügen Sengerlə görüşüb. Görüşlərdə TADEF-in nümayəndələri Pərviz Məmmədzadə və Səttar Kaya da iştirak edib.

182 112 TADEF