Qərbi Azərbaycana Dönüşün Türkiyə və Azərbaycan medyasında təbliği ” İzmir Forumu

May ayının 31-də Türkiyə Cümhuriyyəti İlətişim Başkanlığı İzmir Müdürlüyü ev sahibliyində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası və “3-cü Sektor” İctimai Birliyi tərəfindən təşkil olunan “Qərbi Azərbaycana Dönüşün Türkiyə və Azərbaycan medyasında təbliği ” mövzusunda İzmir Forumu keçirilmişdir.
Forumda ictimai-siyasi xadimlər, QHT- lərin və diaspora təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Foruma şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsi və hər iki ölkənin himnlərinin səsləndirilməsi ilə başlamışdır. Giriş sözü TADEF üzvü İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Eşref Tuna çıxış etmişdir. Daha sonra TC İlətişim Başkanlığı bölgə müdürü Çengiz Kutlu Yüksel, TADEF Başkan Vəkili Pərviz Məmmədzadə, layihə rəhbəri, “3-cü Sektor” İB -nin rəhbəri, Qarabağ qazisi Nahid Çanbaxışlı, 24-cü çağırış Ədalət və İnkişaf Partiyası millət vəkili, Türk İnternet Medya Birliyinin rəhbəri Rıfat Sait çıxış edərək forumun iştirakçılarını salamlamış və bu toplantıların post-münaqişə dövründən sonra Preziden İlham Əliyev tərəfindən gündəmə gətirilən Qərbi Azərbaycanlıların hüquqlarının təmin olunması və onların vətənlərinə dönməsi prosesinin gündəmdə tutulmasına vəsilə olacağına inandıqlarını dilə gətirmişlər.
Forumun ikinci oturumunda Prof. Dr. Toğrul İsmayıl, araşdırmaçı-jurnalist Nigar Ogeday, TADEF sədr müavini Settar Kaya çıxış edərək Qərbi Azərbaycan anlayışı və həqiqətləri, eləcə də Azərbaycanın haqlı tələbləri barədə çıxış etmişlər.
Ədalət və İnkişaf Partiyası İzmir Millət Vəkili Şəbnəm Bursalı və Milliyətçi Hərəkat Partiyası İzmir Millət Vəkili Tamer Karaosmanoğlu teleqram göndərərək Forum iştirakçılarını salamlamış və yoğun iş qrafiki səbəbilə toplantıya katıla bilmədiklərini bildirmişlər.

İzmir ziyarəti çərçivəsində TADEF Sədrinin müşaviri Pərviz Məmmədzadə nümayəndə heyəti ilə birlikdə İzmir Qarabağlar Bələdiyyəsi Başçısi Helil Kınayı və Bornova Kaymakamı Muzaffer Şahineri ziyarət edərək İzmir Forumu barədə, eləcə də TADEF-İN fəaliyyətləri barədə məlumat vermiş və xatirə hədiyyələri təqdim olunmuşdur.

1600 1102 TADEF