İşçi Qrup Türkiyədə yaşayan həmvətənlərimizlə görüşüb

Azərbaycan Respublikası Hökuməti tərəfindən təsdiq edilmiş “1990-cı illərdən etibarən Türkiyə Respublikasına (İstanbul şəhərinə) köçmüş və hazırda orada qeyri-qanuni yaşayan Azərbaycan Respublikasının vətəndaşı olması ehtimal olunan şəxslərə, o cümlədən onların Türkiyə ərazisində anadan olmuş ailə üzvlərinə dair Tədbirlər Planı”nın icrası məqsədilə yaradılmış İşçi Qrup 13-21 iyul 2024-cü il tarixini əhatə edən sayca 10-cu müsahibəsini həyata keçirib.
Tədbirlər Planına uyğun olaraq, AR Diaporla İş üzrə Dövlət Komitəsi və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşkilatçılığı ilə İstanbul şəhərinin Küçükkeçmece rayonunun Halkalı bölgəsində burada kompakt məskunkaşmış həmvətənlərimizlə İşçi Qrupun görüşü təşkil olunub.
Məqsəd həmvətənlərimizin problemlərini yerində öyrənmək və İşçi Qrup tərəfindən göstərilən dövlət xidmətlərinə əlçatanlığı təmin etməkdir.

Görüşdə iştirak edən İşçi Qrupda təmsil olunan bir sıra dövlət qurumlarının və aidiyyatı təşkilatların səlahiyyətli nümayəndələri görülən işlərlə bağlı məlumat verərək, onları maraqlandıran sualları cavablandırıb.Türkiyədə qanunsuz məskunlaşmadan doğan problemlərin bir qismi yerində öz həlli tapıb.Bir qrup həmvətənimizin avtobusla Baş Konsulluğa gətirilərək problemlərinə uyğun olaraq müraciətləri qeydə alınıb, sorğular həyata keçirilib.

1600 757 TADEF