Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də BP şirkətinin baş icraçı direktoru Meq O’Nili qəbul edib.
Dövlətimizin başçısı Meq O’Nili BP şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi, onun rəhbərliyi ilə SOCAR-BP uğurlu əməkdaşlığının gələcəkdə də davam edəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev ölkəmizlə BP arasında 30 ildən artıqdır ki, nadir tərəfdaşlıq tarixçəsinin olduğunu dedi. Dövlətimizin başçısı vurğuladı ki, bu müddətdə həyata keçirilmiş bütün layihələrdən əldə edilən gəlir…
Devamı









