Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda keçirilən futbol turnirinin qalibləri müəyyən edildi.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə TADEF tərəfindən Türkiyədə təhsil alan azərbaycanlı tələbələr arasında 16–17 may tarixlərində İstanbul şəhərində təşkil olunan “Heydər Əliyev Kuboku” uğrunda futbol turnirinin final mərhələsinə 4 komanda yüksəlmişdir. Bu mərhələnin ilk yarımfinal oyununda Sakarya və İstanbul Yıldız Texniki Universitetində (YTÜ) təhsil alan tələbələrdən ibarət, ikinci oyunda isə İstanbul Texniki Universiteti (İTÜ) və İzmir tələbələrindən ibarət komandalar qarşılaşmışlar. İlk oyunda 12-7 hesabı ilə qalib gələn Sakarya komandası və gərgin keçən ikinci oyunda uzadılmış vaxtda 7-6 hesabı ilə qələbə qazanan İTÜ komandaları finala yüksəlmişlər.

Həlledici final oyununda Sakarya komandası İTÜ komandasını 7-2 hesabı ilə məğlub edərək turnirin qalibi olmuşdur. Üçüncü yer uğrunda keçirilən qarşılaşmanın qalibi isə İzmir komandası olmuşdur.

Yarışdan sonra təşkil olunan mükafatlandırma mərasimində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) başqan vəkili Pərviz Məmmədzadə və turnirin təşkilat komitəsinin rəhbəri, Əskişəhər Azərbaycanlılar Dərnəyinin rəhbəri Cavid Aydın tərəfindən qalib komandalara “Heydər Əliyev Kuboku” və pul mükafatları təqdim olunmuşdur.

Tədbir proqramı iştirakçıların “Heydər Əliyev Parkı”nı ziyarəti ilə başa çatmışdır.

1600 1066 TADEF