İstanbulda dahi bəstəkar Qara Qarayevə həsr olunmuş yeni nəşrin təqdimatı keçirilib. Fevralın 20-də Türk Ədəbiyyatı Vəqfində baş tutan tədbirdə tədqiqatçı-tarzən Pərviz Musayevin müəllifi olduğu “XX əsrdə Azərbaycan musiqisi və Qara Qarayevin əsərlərində Şərq–Qərb qarşılıqlı təsiri” kitabı ictimaiyyətə təqdim olunub. Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ərsəyə gələn bu fundamental əsər, ölməz bəstəkarımızın yaradıcılığını, xüsusilə “Yeddi gözəl” və “İldırımlı yollarla” kimi şah əsərlərini elmi müstəvidə TADEF və Türk Ədəbiyyatı Vəqfini əməkdaşlığı ilə qardaş ölkə auditoriyasına tanıdır. Musiqimizin dünyada təbliği yolunda atılan bu addım hər birimiz üçün qürurvericidir!





