Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və Ülkü Ocaqları Eğitim və Kültür Vəqfi Çanaqqala şöbəsi ilə tərəfindən 15 mart 2025-ci il tarixində “Azərbaycan şəhidlik abidəsi”nin önündə “Çanaqqaladan Qarabağa uzanan zəfər yolu” adlı anma tədbiri təşkil olundu.
18 Mart Çanaqqala Zəfərinin 110-cu ildönümünə həsr olunmuş anma proqramında TADEF üzvləri ilə yanaşı Türkiyədə təhsi alan 80 tələbə iştiirak etdi.
Saat 12.00-da, torpağı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbir, hər iki dövlətimizin milli marşlarının səsləndirilməsi ilə davam etdi. Tədbirdə TADEF başkan vəkili Pərviz Məmmədzadə, Çanaqqala Ülkü ocaqları başkan vəkili Semih Ceylan, araşdırmacı-tarixçi Dilqəm Əhməd çıxış etdilər. Tədbirin rəsmi hissəsi TADEF sözcüsü Səfər Karakoyunlunun mətbuat açıqlamasını təqdim etməsi ilə başa çatdı.





